Avropa İttifaqı (Aİ) hesab edir ki, Yaxın Şərqdə eskalasiyanın heç kimə faydası yoxdur.
"Unikal" xəbər verir ki, bunu İRNA agentliyinə Aİ-nin Xarici Siyasət Xidmətinin nümayəndəsi Piter Stano HƏMAS-ın Siyasi Bürosunun rəhbəri İsmayıl Haniyənin Tehranda qətlə yetirilməsini şərh edərkən deyib.
“Aİ prinsipial mövqe tutaraq eləcə də beynəlxalq cinayət məhkəməsi sahəsində qanunun aliliyini dəstəkləyir”, - o bildirib.