Almaniya vətəndaşı Riko Kriqer onu əfv edən Belarus prezidenti Aleksandr Lukaşenkoya minnətdarlığını bildirib.
"Unikal" xəbər verir ki, bu barədə o, video-müraciət hazırlayıb.
“Cənab Lukaşenkoya təşəkkür edirəm. Məni bağışladığınız üçün təşəkkür edirəm. Mənə qızımı görmək imkanı verdiyiniz üçün təşəkkür edirəm. Çox sağ olun” deyən Kriger göz yaşlarına boğuub.
Videoda Almaniya vətəndaşının əlinə qandal vurulduğu da görünür. Özünü necə hiss etdiyini soruşduqda, Kriger cavab verib: "Daha yaxşı".
Ondan qərarla tanış olduğunu göstərən sənədi imzalayıb tarix qoymağı xahiş ediblər.
"Mən inanılmaz dərəcədə xoşbəxtəm, əllərim titrəyir və yaza bilmirəm", - deyə Kriger bildirib.
O, bu anı həyatının "ən yaxşı anı" adlandırıb.
Qeyd edək ki, Kriger oktyabrın 6-da Minskdən Bakıya uçmaq niyyətində olan zaman saxlanılıb. Ona Belarusda 6 müxtəlif cinaətdən ölüm hökmü verilmişdi.