Amerikalı milyarder İlon Mask Venesuela prezidenti Nikolas Maduronun döyüş çağırışını qəbul edib və qalib gələcəyi təqdirdə onu Marsa pulsuz göndərəcəyinə söz verib.
"Unikal" xəbər verir ki, bu barədə Mask "X" sosial şəbəkəsində yazır.
“Maduro böyük adamdır və yəqin ki, necə döyüşəcəyini bilir, ona görə də maraqlı döyüş olacaq. Mən qalib gəlsəm, o, Venesuela diktatoru postunu tərk edəcək. Əgər qalib gəlsə, onu pulsuz olaraq Marsa göndərəcəyəm”, – deyə Mask yazıb.
Qeyd edək ki, bundan əvvəl Maskın Mark Zukerberqlə döyüşü baş tutmayıb.