İranın hərbi müşaviri Milad Beidi İsrailin iyulun30-da Beyruta raket hücumu nəticəsində həlak olub.
"Unikal" xəbər verir ki, bu barədə SNN telekanalı məlumat yayıb.
Məlumata görə, Beidinin cəsədi bir neçə saat əvvəl tanınıb. Onun "Hizbullah" hərbi lideri Fuad Şükrlə birlikdə eyni ərazidə olduğu qeyd edilir.