Tehranda HƏMAS siyasi bürosunun rəhbəri İsmail Haniyənin dəfn mərasimi başlayıb.
"Unikal" İran KİV-lərinə istinadən xəbər verir ki, mərasim Tehran Universitetində keçirilir.
Xatırladaq ki, HƏMAS lideri və onun mühafizəçisi ötən gün Tehranda sui-qəsd nəticəsində öldürülüblər.
Fələstin İslami Müqavimət Hərəkatının (HƏMAS) siyasi ofisinin rəhbərinin ölümündən sonra İran İslam Respublikası hökuməti 3 günlük ictimai matəm elan edib.
Gülayə Mecid