Türkiyənin 21 vilayətində FETÖ-yə qarşı son 4 gündür davam edən "Kıskaç-24" əməliyyatlarında 55 şübhəli saxlanılıb.
"Unikal" xəbər verir ki, bu barədə Türkiyə daxili işlər naziri Ali Yerlikaya sosial şəbəkə hesabında paylaşım edib.
Bildirilib ki, Adana, Ankara, Balıkəsir, Bursa, Çorum, Ədirnə, Elazığ, Qaziantep, Isparta, İstanbul, İzmir, Karabük, Kütahya, Ordu, Manisa, Mersin, Rizə, Samsun, Siirt, Tekirdağ və Yalovada FETÖ-yə qarşı təşkil edilən “Kıskaç-24” əməliyyatlarında şübhəli bilinən şəxslər saxlanılıb.
Zərifə Nağıyeva