May ayında futbolçu Yusuf Yazıcı ilə ailə quran türkiyəli aktrisa Melisa Aslı Pamuk ana olur.
"Unikal" xəbər verir ki, hamiləliyini bir müddət gizli saxlamaq istəyən Pamuk bol geyimlər geyinərək qarnını örtməyə çalışıb.
Buna görə serial və film təkliflərini qəbul etməyən məşhur aktrisa Bakıda keçirilən vizajist Serhat Şenin makyaj seminarında iştirak edib. Həmçinin,o, seminarda media mənsublarının içəri daxil olmasına icazə verməyib. İddia olunub ki, Melisa hamiləliyini mediadan gizləyir.
Aktrisanın ana olacağı ilə bağlı hələlik açıqlama yoxdur.
Qeyd edək ki, Melisa Aslı Pamuk "Kara Sevda" serialında "Aslı" obrazı ilə məşhurlaşıb.
Zərifə Nağıyeva