Vyetnamdan olan 49 yaşlı qadın illərdir yatmadığını bildirib.
"Unikal" KİV-ə istinadən xəbər verir ki, hər kəsin marağına səbəb olan Nguyen Ngoc My Kim 30 ildir yatmır.
Uşaqlığında kitab oxumağı sevdiyi üçün yuxusuz qalan Kim, dərzi olduqdan sonra isə işlərini yekunlaşdıra bilməməkdən qorxduğu üçün yatmağa cürət edə bilmədiyini deyib. O, işləyərkən çoxlu səhvlər etdiyini, daim yorğun olduğunu və hətta bir neçə avtomobil qəzası keçirdiyini də bildirib.
Qeyd edək ki, bu xanım yaşadığı ərazidə “əsla yatmayan dərzi” olaraq tanınır.
Fidan Nuriyeva