Batut gimnastikası üzrə Azərbaycan millisinin üzvü Selcan Mahsudova “Paris-2024” Yay Olimpiya Oyunlarında ikinci cəhdini yerinə yetirib.

"Unikal" xəbər verir ki, mübarizəyə təsnifat mərhələsindən başlayan idmançı hakimlərdən 53,750 xal alıb.

O, yekun nəticələrə əsasən on altı gimnast arasında onuncu pillədə qərarlaşıb. İlk “səkkizlik”də yer ala bilməyən S.Mahsudova çıxışını başa vurub.

***15:31

Batut gimnastikası üzrə Azərbaycan millisinin üzvü Selcan Mahsudova “Paris-2024” Yay Olimpiya Oyunlarında mübarizəyə başlayıb.

"Unikal" xəbər verir ki, təsnifat mərhələsində çıxış edən idmançı ilk cəhdində hakimlərdən 42,950 xal alıb.

O, bu göstərici ilə on altı gimnast arasında on üçüncü pillədə qərarlaşıb.

Qeyd edək ki, ilk səkkiz yerin sahibi final mərhələsinə vəsiqə qazanacaq.