Rusiyalı deputat Dmitri Savelyev Federasiya Şurasında saxlanılıb.
"Unikal" xəbər verir ki, bu barədə Rusiya KİV-ləri məlumat yayıb.
Bildirilir ki, o, qətlin təşkilində iştirakda şübhəli bilinir. Bununla yanaşı, Rusiya Federasiya Şurasının məlumatına görə, Dmitri Savelyev toxunulmazlığından məhrum edilib.
Dmitri Savelyev Federasiya Şurasında Tula vilayətini təmsil edir. O, 2016-cı ildə parlamentin yuxarı palatasına daxil olub. 1999-cu ildə ilk dəfə Dövlət Dumasına deputat seçilib, "Sağ Qüvvələr İttifaqı" fraksiyasının üzvü olub, daha sonra "Rodina" partiyasından namizədliyi irəli sürülüb, 2007-ci ildə isə "Vahid Rusiya"dan seçilib. O, fraksiya sədrinin birinci müavini olub.
Gülayə Mecid