Qaxda yol qəzası baş verib.

"Unikal" xəbər verir ki, hadisə günorta saatlarında Qax-Şəki avtomobil yolunun, rayonun Əmbərçay kəndi ərazisindən keçən hissəsində baş verib.

Hərəkətdə olan Zaqtala rayon Çobankol kənd sakini 1991-ci il təvəllüdlü Əhmədov Namil Əsgər oğlunun idarə etdiyi "Ford" markalı yük avtomobili ilə Qax rayon Cüdüllü kənd sakini 1987-ci il təvəllüdlü Hacıyev Məhəmməd Mais oğlunun idarə etdiyi "VAZ 2106" markalı minik avtomobili toqquşub. Hadisə zamanı minik avtomobilində olan sürücünün həyat yoldaşı Bəbişova Könül Qurban qızı müxtəlif dərəcəli bədən xəsarətləri alaraq Qax Rayon Mərkəzi Xəstəxanasına aparılıb.

Faktla bağlı araşdırma aparılır.

Seymur Əli