Beynəlxalq Olimpiya Komitəsi Paris-2024 Yay Olimpiya Oyunlarının açılışı zamanı Azərbaycana qarşı yerli “France 2” telekanalının şərhçiləri tərəfindən işlədilən ifadələrə görə üzr istəyib.

Bu barədə “Unikal"a Gənclər və İdman Nazirliyindən məlumat verilib. Beynəlxalq qurum nazirliyin göndərdiyi etiraz cavab məktubu göndərib.  
Ətraflı

Məktubda qeyd edilib ki, bu cür sözlər Beynəlxalq Olimpiya Komitəsinin idman və Olimpiya Oyunları vasitəsilə təbliğ etdiyi prinsip və dəyərlərə ziddir. Buna görə də, bu məsələyə cavabdeh qurum və şəxslərlə əlaqə saxlanılıb və gələcəkdə belə hallara yol verilməməsi üçün BOK-un iş prinsipi və protokolları xatırladılıb.

Qeyd edək ki, Paris-2024 Yay Olimpiya Oyunlarının yayımçısı olan “France 2” telekanalının ölkəmizə qarşı tutduğu qərəzli mövqeyə və bu hadisədən Beynəlxalq Olimpiya Komitəsinin Azərbaycana üzrxahlıq məktubunu nəzərə alaraq, Fransa hökumətinin də Azərbaycandan rəsmi üzr istəməsini gözləyirik.