ABŞ-nin Arizona ştatında qonşuya əmanət edilən 6 aylıq körpə ölüb.

"Unikal" xəbər verir ki, qonşu ona əmanət edilən körpəni avtomobildə unudub. Hadisədən 7 saat sonra xəbər tutan şəxs avtomobilinə baxış keçirib və körpənin cansız bədəni ilə qarşılaşıb. 

Baş verən hadisədən sonra ana, ata və qonşusu saxlanılıb. İstintaq davam edir.

Zərifə Nağıyeva