“Paris-2024” Yay Olimpiya Oyunlarında mübarizə aparacaq Azərbaycanın güləş üzrə komandasının yarısı bu gün Fransaya yollanıb.
"Unikal" xəbər verir ki, yunan-Roma güləşçilərdən Murad Məmmədov (60 kiloqram), Həsrət Cəfərov (67 kiloqram), Sənan Süleymanov (77 kiloqram), Rafiq Hüseynov (87 kiloqram) və Sabah Şəriəti (130 kiloqram), eləcə də qadın güləşçimiz Mariya Stadnik (50 kiloqram) Yay Olimpiya Oyunlarında iştirak etmək üçün Parisə yola düşüblər.
Heydər Əliyev Beynəlxalq Aeroportunda keçirilən yolasalma mərasimində Gənclər və İdman Nazirliyinin, Azərbaycan Güləş Federasiyasının rəsmiləri, məşqçilər, digər güləşçilərimiz və olimpiyaçıların yaxınları iştirak ediblər.
Avqustun 5-də Murad Məmmədovla ilə Sabah Şəriəti, növbəti gün Sənan Süleymanov və Mariya Stadnik, Həsrət Cəfərovla Rafiq Hüseynov isə avqustun 7-də mübarizəyə başlayacaqlar.
Qeyd edək ki, olimpiadanın son günlərində çıxış edəcək sərbəst güləşçilərimiz avqustun 6-da Parisə yollanacaq.