Çin ordusu kəşfiyyat aparan quşlar şəklində pilotsuz uçuş aparatlarından (PUA) istifadə etməyə başlayıb.
"Unikal" xarici mediaya istinadən xəbər verir ki, göyə atılan quşşəkilli PUA canlılar kimi qanad çırpır və uzaqdan qoşaqanadlılardan heç də fərqlənmir.
Çin kifayət qədər uzun müddətdir ki, ornitopterlər hazırlayır. Hələ 2018-ci ildə məlum olmuşdu ki, “Göyərçin” kod adlı hökumət proqramı çərçivəsində Çin ordusu quşlara bənzəyən pilotsuz təyyarələr yaratmışdı. Pilotsuz təyyarələrin xüsusiyyətləri hələ də açıqlanmayıb; onlar şəhər mühitində əməliyyatlar üçün nəzərdə tutulub.