Bakı şəhəri, Xəzər rayonu, Şüvəlan qəsəbəsi ərazisində xidmət aparan Fövqəladə Hallar Nazirliyinin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-xilasediciləri dənizdə nəzarətsiz ərazidə 1 nəfər vətəndaşın çimərkən batma təhlükəsi ilə üzləşdiyini müşahidə ediblər.

FHN-dən "Unikal"a verilən məlumata görə, xilasedicilər tərəfindən həyata keçirilən operativ xilasetmə əməliyyatı sayəsində dənizdə batma təhlükəsində olan 2003-cü il təvəllüdlü Quliyev Kamran Yaşar oğlu xilas edilərək həkim briqadasına təhvil verilib.