Türkiyənin Adana vilayətində meşə yanğınları ilə mübarizə aparan helikopter gölə düşüb.
"Unikal" xəbər verir ki, bu barədə “Anadolu” nəşri məlumat yayıb.
Hadisənin təfərrüatlarını vilayətin qubernatoru Yavuz Köşgər bildirib. O qeyd edib ki, təyyarənin düşməsi nəticəsində xəsarət alan olmayıb.
“Helikopter meşə yanğınlarını söndürmək üçün su götürərkən Qızlarsekisi rayonunda gölə düşüb. Beş ekipaj üzvünü xilas etmək mümkün olsa da, helikopter batıb”, - deyə o bildirib.
Onun sözlərinə görə, ekipajın səhhəti normaldır. Helikopterin sudan çıxarılması üçün əməliyyat başlayıb.