Almaniyanın "Fortuna" klubunun gənc oyunçu Nyuton Opoka-Mens vəfat edib.
"Unikal" xəbər verir ki, Düsseldorf təmsilçisi bu barədə məlumatı rəsmi saytı vasitəsilə açıqlayıb.
16 yaşlı futbolçu bədbəxt hadisə nəticəsində dünyasını dəyişib. Belə ki, "Fortuna"nın U-17 komandasının üzvü Duysburqdakı göldə batıb. Hadisə onun komanda yoldaşlarının gözü qarşısında baş verib.
WDR-in məlumatına görə, qana əsilli oyunçu üzərkən suyun altına dalıb və səthə çıxmayıb. Dərhal dalğıc və təcili yardım çağırılıb. Onu tapıb çıxarıblar və təcili xəstəxanaya çatdırıblar. Ancaq həkimlər 16 yaşlı gəncin həyatını xilas edə bilməyiblər.
Nyuton Opoka-Mensanın ölümü ilə əlaqədar "Fortuna" matəm elan edib. Belə ki, klubun U-9-dan U-19-a kimi bütün komandaları üçün məşq və oyunlar dayandırılıb.