İspaniya Milli Polisi Suriya və Əlcəzairdən miqrantların qaçaqmalçılığı ilə məşğul olan ən böyük cinayətkar qruplardan birinin fəaliyyətini dayandırıb.
"Unikal" xəbər verir ki, bu barədə krallığın hüquq-mühafizə orqanlarının məlumatında deyilir.
Bildirilib ki, əməliyyat Avropa Polis Agentliyi (Avropol) ilə əməkdaşlıq çərçivəsində keçirilib. Qrup üzvləri Əlcəzairdə icarəyə götürülmüş sürətli qayıqlarla minə yaxın miqrantın İspaniyaya qanunsuz qaçaqmalçılıq yolu ilə gətirilməsində iştirakda şübhəli bilinir.
Ehtimal olunur ki, şübhəlilər öz fəaliyyətlərindən 1,5 milyon avrodan çox pul əldə edə bilərdilər. Əməliyyat zamanı 21 nəfər saxlanılıb.