Keçmiş Amerika lideri və Respublikaçılar Partiyasından prezidentliyə namizəd Donald Tramp Demokratlar Partiyasından olan rəqibi və ölkənin vitse-prezidenti Kamala Harrisi üçüncü dərəcəli namizəd adlandırıb və onunla debat aparılmasının zəruriliyinə şübhə etdiyini bildirib.
"Unikal" xəbər verir ki, bu barədə o, "Fox Business"ə müsahibəsində bildirib.
ABŞ-nin keçmiş prezidenti xatırladıb ki, Harris ilkin seçkilərdən geri çəkilən ilk şəxslərdən biri olub. O bildirib ki, o vaxt mətbuat “normal” idi, indi isə vitse-prezidenti daha yaxşı işıqlandırmağa çalışırlar.
Siyasətçi onu da bildirib ki, Harrislə seçki debatlarının keçirilməsinə ehtiyac görmür.
"Hamı məni tanıyır, onu tanıyır. O, açıq sərhədlər, zəif ordu, yüksək vergilər istəyir. Mən güclü sərhəd, aşağı vergi, güclü narkotiklərlə mübarizə siyasəti istəyirəm", - deyə Tramp qeyd edib.