"Jirona" La Liqanın son mövsümünün bombardiri olan Artem Dovbiki satıb.

"Unikal" xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb. 27 yaşlı hücumçu "Roma"ya keçib.

Futbolçu ilə imzalanan müqavilənin detalları hələlik açıqlanmayıb.

Qeyd edək ki, Artem ötən mövsüm La Liqanın 36 matçında 24 qola və 8 qol ötürməsinə imza atıb.