ABŞ prezidenti Co Bayden İsrailin baş naziri Benyamin Netanyahu ilə son söhbətində ona xəbərdarlıq edib ki, İsrail Yaxın Şərqdə gərginliyin artması istiqamətində daha bir addım atacağı təqdirdə Amerikanın köməyindən məhrum olmaq riski ilə üzləşəcək.
"Unikal" xarici mediaya istinadən xəbər verir ki, bundan əlavə, Amerika lideri, həmçinin Bayden və Netanyahunun girovların azad edilməsi və atəşkəslə bağlı səyləri müzakirə etdikləri Ağ Evdə görüşdən bir həftə sonra İsrailin HƏMAS Siyasi Bürosunun rəhbəri İsmayıl Haniyəni Tehranda qətlə yetirməsindən də narazılığını bildirib.