Senator Dmitri Savelyev maliyyə fondunda şəriki Sergey İonovun qətlini təşkil etməkdə ittiham olunaraq oktyabrın 2-dək həbs edilib.
"Unikal" xəbər verir ki, bu barədə Moskvanın Basmannı məhkəməsi qərarı elan edib.
Xatırladaq ki, o, bu gün toxunulmazlığından məhrum edildikdən sonra Federasiya Şurasının iclasını tərk edərkən saxlanılıb.
Sergey İonovun qətlinin sifarişində ümumilikdə 3 nəfər iştirak edib.