İstanbul və Tehran arasında bütün uçuşlar təxirə salınıb.

"Unikal" xəbər verir ki, buna səbəb kimi, hər an İran-İsrail müharibəsinin başlaya bilməsi ehtimalı göstərilib. 

Bundan başqa, Qərb mediası iddia edir ki, ABŞ və İsrail kəşfiyyat agentlikləri İranın şənbə günü səhər tezdən qisas alacağını gözləyirlər.

İsraildə isə İranın hücumuna qarşı hazırlıqlar başlayıb: raket hücumları zamanı mobil sığınacaqlar quraşdırılır.