Şəmkirdə yaşlı kişi ailə münaqişəsi zamanı öz avtomobillini yandırıb.

"Unikal" xəbər verir ki, hadisə rayonun Qədimqala kəndində qeydə alınıb.

Kənd sakini olan kişi həyat yoldaşından boşanıb. Bundan sonra onun boşandığı arvadı 1956-ci il təvəllüdlü Sədaqət Həsənova kişidən pay istəyib. Bu zaman arvadla kişinin arasında mübahisə düşüb. Mubahisə zamanı əsəbiləşən kişi həyətindəki “HAVAL” markalı minik avtomobilinə od vuraraq yandırıb.

Onun yaxınları dərhal FHN-ə məlumat  veriblər. Əraziyə  Fövqəladə Hallar Nazirliyinin Şəmkir rayon Yanğından Mühafizə Hissəsinin yanğınsöndürən maşınları və canlı qüvvəsi cəlb olunub. Yanğın zamanı minik maşını  tamamilə yanaraq külə dönüb. Yaxınlıqdakı tikililər yanğından mühafizə olunub.

Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Faktla bağlı araşdırma aparılır.

Tural Əhmədov