İranda TV kanalları yayımını dayandıraraq hərbi himni səsləndirməyə başlayıb.
"Unikal" xəbər verir ki, İranın Dövlət Televiziyası "Qarşıdakı saatlarda dünya çox mühüm hadisələrə şahid olacaq" deyə açıqlama yayıb.
İran Xarici İşlər Nazirliyinin müşaviri Seyid Məhəmməd Mərəndi isə "X" hesabında raket fotoları yerləşdirərək İsrailə xəbərdarlıq edib.
Mərəndi yazıb: "İsraili tərk edin. Gəlirlər!".