Macarıstanın “Wizz Air” aviaşirkəti avqustun 4-dək İsrail və İordaniyaya uçuşları dayandırıb.
"Unikal" xəbər verir ki, şirkət bu qərarını Yaxın Şərqdəki gərginliklə izah edib.
“Regionda vəziyyətin gərginləşməsi ilə əlaqədar olaraq avqustun 4-dək İsrail və İordaniyaya bütün uçuşlar dayandırılır” – deyə məlumatda bildirilib.
Bundan başqa, “ITA Airways” və “Air India” aviaşirkətləri də İsrailə uçuşları dayandırıb.