Fransa və Argentina futbolçuları arasında Olimpiya turnirindən sonra dava baş verib.
"Unikal" xəbər verir ki, bu barədə RMC Sport kanalı məlumat yayıb. Avqustun 2-də Fransanın Bordo şəhərində keçirilən görüş meydan sahiblərinin 1:0 qələbəsi ilə başa çatıb.
Oyundan sonra bir neçə futbolçunun iştirakı ilə dava baş verib. İdmançılar tribunanın altında, azarkeşlərin görmədiyi yerdə dalaşıblar. Buna Argentina himninin fitə basılması və azarkeşlərin irqçi şüarlar səsləndirməsi səbəb olub.