Bakıda ağır yol qəzası baş verib.

"Unikal" xəbər verir ki, hadisə Qala-Pirallahı yolunda qeydə alınıb.

Maarif Fərəcullayev idarə etdiyi “Shacman” markalı avtomobillə yolun əks hərəkət zolağına çıxıb. Bu zaman 40 yaşlı Mehdi Aslanovun idarə etdiyi “Kia” markalı avtomobil yük maşınına çırpılıb. Nəticədə M.Aslanov aldığı xəsarətlərdən hadisə yerində ölüb.

Faktla bağlı araşdırma aparılır.