Qax şəhərində 59 yaşlı kişini avtomobil vurub.

"Unikal" xəbər verir ki, hadisə avqustun 2-si axşam saatlarında şəhərin N.Nərimanov küçəsində qeydə alınıb.

Belə ki, Nicat Verdiyev "BMW" markalı minik avtomobili ilə hərəkətdə olarkən yolu keçmək istəyən piyada 1965-ci il təvəllüdlü Okroconaşvili Tengiz Şakroyeviçi vurub.

Hadisə zamanı müxtəlif dərəcəli bədən xəsarətləri ala T.Okroconaşvili Qax Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.

Seymur Əli