Banqladeşdə hökumət əleyhinə etirazlarda ölənlərin sayı artıb.
"Unikal" xarici mediaya istinadən xəbər verir ki, paytaxt Dəkkədə aksiyalar hökumət tərəfdarları və əleyhdarları kütləvi toqquşmalarla müşayiət olunub. Tərəflər bir-birinə soyuq silah və küt alətlərlə hücum ediblər. Polis narazı kütləni sakitləşdirmək üçün döyüş güllələri tətbiq edib.
Son məlumata görə, toqquşmalarda 90-dan çox şəxs həyatını itirib. Onlardan 14-ü polis əməkdaşıdır.
Ümumilikdə iyulda başlayan etiraz aksiyaları indiyədək 300-dək banqladeşlinin həyatını itirməsi ilə nəticələnib.
*** 17:09
Banqladeşin paytaxtı Dəkkə və ölkənin digər şəhərlərində polisin etirazçılarla toqquşması nəticəsində azı iyirmi iki nəfər ölüb, onlarla insan yaralanıb.
"Unikal" xəbər verir ki, iğtişaşlar zamanı insanlara atəş açılıb. Banqladeş hökuməti Dəkkə və ölkənin digər böyük şəhərlərində komendant saatı tətbiq edib.
Nümayişlərin və digər etirazların keçirildiyi bir çox yerlərdə iştirakçılar hazırkı hökumətin istefasını tələb edən şüarlar səsləndiriblər, mobil operatorlar hökumətin tənzimləyici orqanlarından mobil internet və mobil proqramların bağlanması barədə göstərişlər alıblar.