Keçmiş Amerika lideri və Respublikaçılar Partiyasından prezidentliyə namizəd Donald Tramp bildirib ki, seçki yarışındakı rəqibi Kamala Harris digər ölkələrin liderləri ilə rəqabət apara bilməz, çünki “onun IQ səviyyəsi çox aşağıdır”.

"Unikal" xəbər verir ki, bu barədə o, "Truth" sosial şəbəkəsində yazıb. 

“Kamala Harris digər ölkələrin liderləri ilə rəqabət apara bilməyən aşağı IQ-ya malik bir insandır. ABŞ-nin hakimiyyətdə bu cür adamlarla yenidən böyüklük şansı yoxdur. O, Co Bayden kimi iki cümləni birləşdirə bilmir”, - deyə Tramp qeyd edib.