İtaliyanın şərq sahillərində çimərliyə ildırım düşməsi nəticəsində 3 nəfər xəsarət alıb.
"Unikal" xarici mediaya istinadən xəbər verir ki, hadisə Alba Adriatika çimərliyində baş verib.
İldırım çaxarkən üç qadın dənizin kənarında olub. Nəticədə onlardan biri, 41 yaşlı yerli sakinin ürəyi dayanıb. Zərərçəkmiş daha sonra vertolyotla Teramo Xəstəxanasına aparılıb, hazırda reanimasiyadadır.
Bundan başqa, Belçikadan olan 64 yaşlı turist də ağır yaralanıb. Əvvəlcə ona paresteziya, bədənin aşağı hissəsində müvəqqəti hissiyat itkisi diaqnozu qoyulub, lakin sonradan vəziyyəti pisləşib. O infarkt keçirib və xəstəxanaya yerləşdirilib.
Üçüncü şəxs, Alba Adriatikadan olan 44 yaşlı qadın paresteziya diaqnozu ilə təcili yardım şöbəsinə yerləşdirilib.