İsrailin müdafiə naziri Yoav Qalant İrandan mümkün hücum ərəfəsində ordu komandanlığını və təhlükəsizlik xidmətinin rəhbərliyini toplayıb.
"Unikal" xəbər verir ki, bu barədə İsrail Müdafiə Nazirliyinin mətbuat xidməti məlumat yayıb.
Hərbçilər İran və müttəfiqlərinin İsrailə hücum etməyə cəhd edəcəyi təqdirdə görülə biləcək hərəkətlərin ssenarilərini müzakirə edir.
Ötən gecə Livan ərazisindən Hizbullah hərəkatı İsrail ərazisini atəşə tutub. Buna cavab olaraq ölkənin hərbi hava qüvvələri buraxılış qurğularına hücum edib.
İran-İsrail gərginliyinin yeni mərhələsi HƏMAS-ın siyasi qanadının rəhbəri İsmayıl Haniyənin Tehranda öldürülməsindən sonra baş verib. İran qətldə İsraili günahlandırıb, qisas alacağını vəd edib.