On milyonlarla diaqnozun təhlili göstərib ki, 1965-1996-cı illərdə doğulanlar əvvəlki nəsillərə nisbətən 17 növ xərçəngdən əziyyət çəkirlər.
"Unikal" xəbər verir ki, tədqiqatla bağlı məlumatı "Daily Mail" nəşr edib.
Britaniyalı alimlər 25-84 yaş arasında olan 23 milyondan çox xərçəng xəstəsinin məlumatlarını təhlil ediblər. Xəstələr doğum ilindən asılı olaraq kohortalara bölünürdülər - 1920-ci ildən 1990-cı ilə qədər.
“Məlum oldu ki, 1965-ci ildə başlayıb 1980-ci ildə bitən X nəsli, eləcə də minilliklər (1981-1996-cı il təvəllüdlü) 1946-1964-cü illərdə doğulmuş insanlarla müqayisədə 17 növ xərçəngə tutulma ehtimalı üç dəfə çoxdur. 50 yaşdan aşağı insanlar arasında yayılma sürəti sürətlə artır və onlar da döş, uşaqlıq, yumurtalıq və xayaların şişlərinə daha çox rast gəlinir”, - nəşr yazır.
Bu tapıntı gənclər arasında xərçəng nisbətlərinin artmasına dair digər sübutlarla uyğundur. Bu, qismən xərçəngin daha yaxşı aşkarlanması ilə bağlı ola bilər. Amma eyni zamanda, alimlərin fikrincə, insanın həyat tərzi də xərçəngin böyüməsinə kömək edir.
Gülayə Mecid