Helikopter qəzasında ölən basketbolun məşhur adı Kobe Bryantın istifadə etdiyi qarderobu rekord qiymətə alıcı tapıb. 

"Unikal" xəbər verir ki, Bryantın Los-Angelesdə istifadə etdiyi qarderobu 2,9 milyon dollara satılıb.

Məlumata görə, Bryant 2003-2004-cü il mövsümündən 2015-2016-cı il mövsümünə qədər, NBA-dakı "Staples Center"də bu dolabdan istifadə edib. Hərraca Michael Jordan və Reggie Jackson kimi idman ikonalarına aid əşyalar da daxil edilib.

Qeyd edək ki, NBA əfsanəsi Kobe Bryant 2020-ci ildə vertolyot qəzasında həlak olub. 

Zərifə Nağıyeva