Rusiyalı politoloq, publisist və jurnalist Fyodor Kraşeninnikov axtarışa verilib.
"Unikal" xəbər verir ki, bu barədə Rusiya Daxili İşlər Nazirliyi məlumat yayıb.
Məlumatda Kraşeninnikovun cinayət maddəsi ilə axtarışda olduğu qeyd olunub.
"Hələ heç bir detalı bilmirəm. Təəssüf ki, təəccüblənmirəm", – jurnalist "Telegram" kanalında yazıb. O qeyd edib ki, axtarış barədə jurnalistlərdən məlumat alıb.
Politoloq əlavə edib ki, axtarışla bağlı müəyyən məlumatı yalnız vəkili nəsə aşkarlasa, əlavə məlumat verə biləcək.
Gülayə Mecid