Quba rayonu ərazisindən bir nəfəri aldadaraq “Mercedes” markalı avtomobilin alınması barədə polisə məlumat daxil olub.

DİN-nin mətbuat xidmətindən "Unikal"a bildirilib ki, polis əməkdaşlarının keçirdikləri tədbirlərlə dələduzluq etməkdə şübhəli bilinən Y.Yaqubov Göyçay rayonu ərazisində avtomobillə birgə saxlanılıb.

Araşdırma aparılır.