Sussex hersoginyası Meqan Markl "CBS News"a müsahibəsində kral ailəsi ilə birlikdə yaşayarkən intihar etmək fikrində olduğunu açıqlayıb.
"Unikal" xəbər verir ki, Markl öz təcrübələrini bölüşərək başqalarına kömək etməyi hədəflədiyini qeyd edib:
"Mən heç vaxt başqasının belə hiss etməsini istəmərəm. Yaşadıqlarım barədə danışmaq kimisə xilas edə bilərsə və ya kimsəni həqiqətən, səmimi olaraq özünü idarə etməyə təşviq edə bilərsə, o zaman buna dəyər".
Daha əvvəl 2021-ci ildə verdiyi müsahibədə psixi sağlamlıq problemlərindən danışan Meqan, kral ailəsindən kifayət qədər dəstək almadığını və kömək istəklərinin rədd edildiyini söyləyib. Bu sözlər o zaman böyük səda doğurmuşdu.
Şahzadə Harri də həyat yoldaşının başına gələnlərdən kədərləndiyini və o zamankı reaksiyasına görə peşman olduğunu bildirib. "İndi geriyə dönüb baxdıqda, buna görə özümə nifrət edirəm. Onun məndən ehtiyacı olan şey mənim verə biləcəyimdən çox idi",- deyə bildirib.
İkili, yeni layihələri ilə psixi sağlamlıq və zorakılıq haqqında məlumatlılığı artırmaq və digər valideynlərə dəstək olmaq məqsədi daşıyır.
Zərifə Nağıyeva