İspaniyanın "Vilyarreal" klubu 29 yaşlı vinger Nikolas Pepe ilə müqavilə imzalayıb.
"Unikal" fanat-a istinadən xəbər verir ki, tərəflər iki mövsümlük müqavilə imzalayıblar.
Pepenin son klubu Türkiyənin “Trabzonspor”u olub. O, ötən mövsüm Türkiyə çempionatında 19 oyun keçirib və 5 qol vurub. Nikolas Türkiyə klubundan azad agent kimi ayrılıb.
Fil Dişi Sahili millisinin futbolçusu karyerasının böyük hissəsini Fransa klublarında keçirib. "Lill"dəki dövr xüsusilə uğurlu olub. 2019-cu ilin yayında Londonun "Arsenal"ı yarımmüdafiəçi üçün 80 milyon avro ödəyib.
Nikolas "topçular"ın heyətində bütün yarışlarda 112 oyun keçirib və 27 qol vurub. "Transfermarkt" onun dəyərini 8,5 milyon avro qiymətləndirir