Ukrayna Silahlı Qüvvələrinin Rusiyanın Kursk vilayətinə hücumları fonunda sosial şəbəkədə "fake" məlumatlar yayılıb.
"Unikal" Rusiya mətbuatına istinadən xəbər verir ki, "Telegram"da vilayətin rəhbəri Aleksey Smirnovun adından "18 yaşdan yuxarı bütün kişiləri hərbi qeydiyyata” çağıran məlumat dərc olunub.
Həmçinin, iddia olunur ki, Ukrayna SQ Kurskda bir neçə kəndi nəzarətə götürüb. Hazırda intensiv döyüşlər gedir.
Regional hökumətin yaydığı məlumata görə, Ukrayna xüsusi xidmət orqanları neyron şəbəkədən istifadə edərək Smirnovun regiondakı vəziyyətlə bağlı videomüraciətinə audio trek əlavə ediblər. Son məlumatlara görə, avqustun 7-də Ukrayna Silahlı Qüvvələrinin Kursk vilayətinə hücumu nəticəsində 20-dən çox insan yaralanıb. Rusiya Xarici İşlər Nazirliyi hücumu dinc əhaliyə qarşı növbəti terror aktı adlandırıb.
Məlumata görə, “deepfake” əvvəlcə Ukraynanın ictimai səhifələrində yaranıb və yayılıb, bundan sonra Kursk icmaları və qrupları onu dərc etməyə başlayıblar.
***11:59
Ukrayna ordusunun Rusiyanın Kurs vilayətini atəşə tutması nəticəsində 5 nəfər ölüb, 28 nəfər yaralanıb.
"Unikal" xəbər verir ki, bu barədə Rusiyanın Səhiyyə Nazirliyi məlumat yayıb.
Yaralılar arasında 6 uşağın da olduğu açıqlanıb.
****09:25
Ukrayna Silahlı Qüvvələrinin (AFU) hücumları nəticəsində Kursk vilayətində yaralananların sayı 28 nəfərə çatıb.
"Unikal" xəbər verir ki, bu barədə Rusiys mətbuatı məlumat yayıb.
Bildirilir ki, insident nəticəsində 2 nəfər ölüb. Yaralılar xəstəxanaya yerləşdirilib.
Gülayə Mecid