Zaqatalada 42 yaşlı kişi bıçaqlanıb.

"Unikal" xəbər verir ki, gecə saatlarında  Zaqatala rayonunun Qazangül qəsəbəsində 47 yaşlı Nadir Cumaəliyev şəxsi münasibətlər zəmnində həmin qəsəbə sakini, 1982-ci il təvəllüdlü Vitaliy Batayevə bıçaqla xəsarət yetirib. 

DİN-in Mətbuat Xidmətinin Şəki regional qrupundan bildirilib ki, V.Batayevə kəsici alətlə xəsarət yetirən N.Cumaəliyev polis əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində saxlanılıb.

Məhkəmə-tibbi ekspertizası təyin olunub, araşdırmalar davam etdirilir.

Seymur Əli