Ermənistan Xarici İşlər Nazirliyi Azərbaycan tərəfinin qarşılıqlı razılaşma əsasında sülh müqaviləsi layihəsindən regional kommunikasiyalar maddəsinin çıxarıldığı barədə bəyanatını təsdiqləyib.
"Unikal" xəbər verir ki, Ermənistan Xarici İşlər Nazirliyinin sözçüsü Ani Badalyan bildirib ki, eyni zamanda marşrutların açılması Ermənistanın regionda sülh və iqtisadi inkişafa dair baxışı və gündəliyinin mühüm hissəsi olmaqda davam edir.
Bundan əvvəl Azərbaycan prezidentinin xüsusi tapşırıqlar üzrə nümayəndəsi Elçin Əmirbəyov bildirmişdi ki, tərəflər nəqliyyat marşrutları, o cümlədən Azərbaycanı Naxçıvanla birləşdirən marşrutlar məsələsini sonrakı mərhələdə - sülh müqaviləsi imzalandıqdan sonra həll etmək barədə razılığa gəliblər.