Türkiyədə dünyaca məşhur “Roblox”a giriş bloklanıb.

"Unikal" xəbər verir ki, bu barədə Türkiyə KİV-də məlumat yayılıb.

Bildirilib ki, platformaya girişin bloklanmasına səbəb uşaq istismarına səbəb olacaq məzmun ehtiva etməsidir.

Qeyd edək ki, “Roblox” dünyada milyonlarla istifadəçisi olan məşhur oyun platformalarından biridir.