Bu gün saat 12 radələrində Şəki rayonu ərazisində ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Bu barədə "Unikal"a DİN-in Mətbuat Xidmətinin regional qrupundan məlumat verilib.

“Opel” markalı minik avtomobilinin yük maşını ilə toqquşması nəticəsində birincinin sürücüsü Ramin Abdullayev və sənişini vəfat edib.

Araşdırma aparılır.

XXX

14:01

Şəkidə baş verən ağır yol qəzasında iki nəfər ölüb.

"Unikal" apa-ya istinadən xəbər verir ki, hadisə Yevlax-Zaqatala-Gürcüstan magistiral yolunun Şəki rayonu Çayqaraqoyunlu kəndi ərazisindən keçən hissəsində baş verib. İlkin məlumata görə, minik avtomobili yük maşınına çırpılıb.

Baş verən ağır yol qəzası zamanı iki nəfər hadisə yerində ölüb və xəsarət alan var. Hadisə yerinə FHN-nin xilasediciləri cəlb edilib.