Misir və Qətərli vasitəçilər İsrail tərəfinə Fələstin HƏMAS lideri Yəhya Sinvarın atəşkəs razılaşması istədiyini bildiriblər.
"Unikal" xəbər verir ki, bu barədə CNN İsrail mənbəyinə istinadən məlumat yayıb.
Bildirilir ki, Sinvar atəşkəs razılaşmasını istəyir, lakin İsrailin baş naziri Binyamin Netanyahunun buna necə baxdığı məlum deyil.
Televiziya şirkətinin mənbələrindən biri vurğulayıb ki, İsrail baş nazirinin nə istədiyini heç kim bilmir. O əlavə edib ki, Amerika tərəfi Qüdsə aydın şəkildə bildirib ki, regionda münaqişənin genişlənməsinə yol verməmək üçün atəşkəs sazişi bağlamağın vaxtı çatıb.