Fransız lüks mallar istehsalçısı LVMH (Louis Vuitton - Moet Hennessy) şirkətinin sahibi Bernard Arnault planetin ən zəngin adamları üçlüyünü tərk edərək dördüncü yeri tutub.
"Unikal" "Bloomberg"ə istinadən xəbər verir ki, o, "Facebook"un həmtəsisçisi Mark Zukerberqə uduzub.
Agentlik qeyd edir ki, Arnaultun sərvəti 185 milyard dollar, üçüncü yeri tutan Zukerberq isə 188 milyard dollar dəyərində qiymətləndirilir.
Amerika onlayn pərakəndə satış şirkəti "Amazon"un qurucusu və keçmiş rəhbəri Ceff Bezos 193 milyard dollarlıq sərvətlə reytinqdə ikinci yerdə qərarlaşıb. Amerikalı texnologiya lideri İlon Mask isə 235 milyard sərvətlə birinci yerdədir.
Beşinci yeri digər amerikalı, "Microsot" şirkətinin yaradıcısı Bill Qeyts (154 milyard dollar) tutub.
Reytinqdə ilk on yerdən doqquzunu amerikalılara məxsusdur.
Gülayə Mecid