Daxili İşlər Nazirliyi 1 saylı Maştağa Psixiatriya xəstəxanasında döyüldüyü iddia edilən şəxslə bağlı görüntülərə münasibət bildirib.
DİN-in Mətbuat Xidmətinin əməkdaşı Elbrus İbrahimov "Unikal"a bildirib ki, həmin şəxsin müalicə olunduğu xüsusi təyinatlı tibb müəssisəsində xəsarət alması ilə bağlı polisə məlumat daxil olub.
Məsələ ilə bağlı təhqiqat araşdırmaları aparılır.