Amerikalı milyarder İlon Mask ABŞ prezidentliyinə namizəd Donald Trampa meydan oxuyaraq onu real həyatda rəqs etməyə dəvət edib.

"Unikal" xəbər verir ki, o, bu təklifi "X" sosial şəbəkəsində süni intellektin yaratdığı videonu paylaşmaqla bildirib. 

Görüntülərdə Maskın və Trampın üzləri olan iki kişinin "Stayin' Alive" ( Bee Gees - red.) mahnısı ilə rəqs etdiyi əks olunub. 

"Donald Tramp hazırdırsa, mən real həyatdayam!" – Mask yazıb. Qeyd edək ki, süni intellektin ərsəyə gətirdiyi video internetdə böyük marağa səbəb olub, milyonlarla baxış toplayıb.

ABŞ-nin keçmiş prezidenti milyarderin çağırışına hələ cavab verməyib.

Gülayə Mecid