Sağlam, gənc və dinamik bədənə sahib olmaq üçün qidalanmaya xüsusi diqqət etmək gərəklidir. Sağlam qidalanma vərdişləri və müntəzəm idmanla bədəninizi gücləndirmək mümkündür. Müəyyən qidaların müntəzəm istehlakı özünüzü daha gümrah hiss etmənizə kömək edə bilər.
"Unikal" imuniteti gücləndirməyin 5 qızıl qaydasını təqdim edir:
1.Təbii meyvə və tərəvəzlər istehlak etmək
İmmuniteti gücləndirmək və orqanizmi müqavimətini artırmaq üçün hər zaman yüksək vitamin və mineral dəyərli qidalara ehtiyacınız var. Vücudunuzun ehtiyac duyduğu bütün vitaminləri, xüsusən tərəvəz və meyvə yeyərək qarşılaya bilərsiniz. Çoxlu meyvə, tərəvəz, taxıl, paxlalılar və bitki mənşəli zülallar kimi qidalar bədəni sağlam saxlayır. Daha uzun və sağlam yaşamağa yardımçı olur.
2. Bol su istehlakı
Su həyat mənbəyidir. Bədəninin həmişə suya ehtiyacı var. Tədqiqatlar göstərir ki, kifayət qədər su içmək xərçəng riskini azalda bilər. O, həmçinin oynaqları yağlamağa, hüceyrələri nəmləndirməyə, qaraciyər və böyrəklərdən toksinləri atmağa kömək edir.
3. Hərəkət etmək
Sağlam bədənə sahib olmağın qızıl yollarından biri də nizamlı hərəkət etməkdir. Daimi məşq sümükləri və ürəyini gücləndirir. Bundan əlavə, məşq etmək əzələləri də işlədir.
4. Zehni məşq etmək
Etdiyiniz və etməkdən həzz aldığınız, sizə məqsəd qoymağınıza yardımçı olacaq bir şeyi etməyi dayandırdığınız zaman sürətlə "yoxuş aşağı" enərsiniz. Həmişə zehni məşq edin. Kitab oxuyun, yeni yerlərə kəşf edin və ya tapmaca həll edin. Sevdiyiniz fəaliyyətlər beyninizi inkişaf etdirir.
5. Daha çox çərəz istehlak etmək
Bədənin sağlam yağlara ehtiyacı var. Qoz-fındıq yaxşı yağ, lif və zülal qaynaqlarıdır, buna görə də bəzi şəkərli qidaların verəcəyi şəkər əvəzinə çərəzlərlə bunları ala bilərsiniz.
Zərifə Nağıyeva